Yaponiyada 34-cü Tokio Beynəlxalq Film Festivalı keçirilir.
AZƏRTAC xəbər verir ki, ötən ildən fərqli olaraq bu dəfə festivalda müsabiqə proqramı bərpa olunub. Proqram çərçivəsində 15 film nümayiş ediləcək. Əsas mükafata iddiaçılar arasında həmyerlimiz Hilal Baydarovun “Durna çırağı” (2021) filmi də var. Film hüquq fakültəsində təhsil alan tələbə və dörd qadını qaçırdığına görə həbs olunan bir kişinin hekayəsindən bəhs edir.
Amerikalı rejissor Klint İstvudun çəkdiyi və eyni zamanda rol aldığı “Kişinin göz yaşları” ekran əsərinin nümayişi ilə başlayam festival noyabrın 8-də “Əziz Evan Hansen” filminin nümayişi ilə başa çatacaq.