- Mədəniyyət

Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda nümayiş olunub

VII Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalında rejissor Rüfət Həsənovun “Daxildəki ada” filminin müsabiqədənkənar təqdimatı olub.

Dövlət Film Fondundan AZƏRTAC-a bildirilib ki, film ölkəmizi festivalın “Türk dünyası” bölməsində təmsil edir.

Filmin “Rodina” kinoteatrında baş tutan nümayişindən sonra əsas rollardan birinin ifaçısı Xalq artisti Vidadi Həsənov tamaşaçıların suallarını cavablandırıb.