- Mədəniyyət

Azərbaycanlı rejissorun filmi Sarayevo Film Festivalının əsas proqramında nümayiş ediləcək

Rejissor Azər Quliyevin “Sanki yoxsan” qısametrajlı bədii filmi 30-cu Sarayevo Film Festivalının əsas proqramında nümayiş ediləcək.

AZƏRTAC xəbər verir ki, festivalın saytında yer alan məlumata görə, Bosniya və Herseqovinanın paytaxtında təşkil olunan ənənəvi festival bu il avqustun 16–dan 23-dək keçiriləcək.

Festivalda bədii, sənədli, qısametrajlı və tələbə filmləri üzrə müsabiqə proqramında ümumilikdə 54 film yarışacaq.

Xatırladaq ki, “Sanki yoxsan” filmi may ayında 77-ci Kann Beynəlxalq Film Festivalında qısametrajlı filmlər müsabiqəsində nümayiş olunmuşdu.

Filmin əsas qəhrəmanı Leyladır. Samir və Leyla ailələrindəki ixtilafdan qaçmaq qərarına gəlirlər. Ertəsi gün Samir yoxa çıxır…