- Mədəniyyət

Azərbaycanlı rejissorun filmi Venesiya film festivalında nümayiş olunacaq

Azərbaycan Respublikasının Kino Agentliyinin dəstək göstərdiyi, rejissor Hilal Baydarovun “Boşluğa xütbə” adlı bədii filmi dünyanın ən nüfuzlu kino tədbirlərindən biri olan 82-ci Venesiya Beynəlxalq Film Festivalının rəsmi proqramına seçilib.

AZƏRTAC xəbər verir ki, film “Müsabiqədənkənar – Bədii Filmlər” (Out of Competition – Fiction) bölməsində təqdim olunacaq.

Rejissorun “Xütbə” trilogiyasının sonuncu filmi olan “Boşluğa xütbə” Azərbaycan, Meksika və Türkiyənin ortaq istehsalıdır.

Qeyd edək ki, bu, Hilal Baydarovun Venesiyada nümayiş olunan ikinci filmidir.