“Azərbaycan Hava Yolları” QSC (AZAL) Qazaxıstanın Almatı şəhərinə həyata keçirməyi planlaşdırdığı reysləri ləğv edir.
“Report” AZAL-a istinadən xəbər verir ki, bu qərar Qazaxıstanda baş verən hadisələrlə əlaqədar qəbul edilib.
Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və yaxud pulsuz yenidən rezervasiya təklif olunacaq.
Bakı-Almatı reysləri hər həftənin cümə günləri, Almatı-Bakı reysləri isə hər həftənin şənbə günləri həyata keçirilir.