- Mədəniyyət

AzTV-də “Muğam” müsabiqəsi başlayıb

Azərbaycan Televiziyası “Muğam” televiziya müsabiqəsinə start verib.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumatına görə, müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin köməkliyi ilə həyata keçirilir.

Müsabiqəyə yaşı 8-dən 30-a qədər olan yeniyetmə və gənclər dəvət olunurlar. Sənəd qəbulu fevralın 28-dən başlayıb və martın 28-nə kimi davam edəcək. Yaşı 13-dən 16-ya qədər oğlanlar müsabiqəyə buraxılmırlar. Yeniyetmələr 2 ədəd fotoşəkil və doğum haqqında şəhadətnamənin surətini, gənclər isə 2 ədəd fotoşəkil və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməlidirlər.