- Cəmiyyət, Manşet

Bəşər Əsədin muzdluları Ermənistandan keçərək Ukraynaya Rusiya tərəfində döyüşməyə gedir

Suriya prezidenti Bəşər Əsədin muzdluları Rusiya tərəfində döyüşmək üçün Ukraynaya göndərilib.

“Report” “HaberGlobal”a istinadən xəbər verir ki, mənbə Bəşər Əsədin Rusiyaya göndərdiyi muzdluların Ukraynaya marşrutunu da açıqlayıb.

Bildirilir ki, Suriyanı tərk edən muzdlular Ermənistana aparılır, Erebuni aviabazasında toplanılır. Ardınca onlar Şimali Osetiyanın Mozdok şəhərinə, oradan da Rusiya heyəti ilə birlikdə Ukraynaya göndərilir.

Vurğulanır ki, Rusiya bu muzdlularla Suriyada olduğu kimi Ukraynada da qeyri-sabitlik yaratmağı hədəfləyir.