- Cəmiyyət

Bəzi rayonlarda leysan yağıb

İyunun 18-i saat 16:00-a olan məlumatına əsasən Gədəbəy, Daşkəsən, Tovuz, Gəncə, Göygöl, Naftalan, Yevlax, Qusar, Quba, Goranboyda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Bu barədə “Report”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, saat 15:13 radələrində Goranboy rayonu Böylü qəsəbəsindən sel keçib, saat 15:10 radələrində isə Ağdam rayonu Çəmənli və Sarıcalı kəndləri ərazisinə diametri 30-35 mm dolu düşüb.

Qərb küləyi Goranboyda 25 m/s, Gəncədə 24 m/s, Daşkəsəndə 23 m/s, İsmayıllıda 22m/s, Göyçayda 20 m/s, Şəmkirdə 18 m/s, Göygöldə 16 m/s-dək güclənib.