- Mədəniyyət

Bahar motivlərini təsvir edən rəsm sərgisi açılıb

“Huma Art Room” qalereyasında 8 mart -Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Yaz Rapsodiyası” adlı rəsm sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgidə beş azərbaycanlı xanım rəssamın – Ziba Əliyeva, Raida Mustafayeva, Lelya İsayeva, Aydan Nəbizadə və Safranda Məmmədovanın əsərləri nümayiş olunub.

Qeyd edək ki, sərginin məqsədi 8 mart ərəfəsində Azərbaycan xanım rəssamlarının müasir və yeni baxışlarını nümayiş etdirməkdir.

Sərgi martın 11-dək davam edəcək.