“Huma Art Room” qalereyasında 8 mart -Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Yaz Rapsodiyası” adlı rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə beş azərbaycanlı xanım rəssamın – Ziba Əliyeva, Raida Mustafayeva, Lelya İsayeva, Aydan Nəbizadə və Safranda Məmmədovanın əsərləri nümayiş olunub.
Qeyd edək ki, sərginin məqsədi 8 mart ərəfəsində Azərbaycan xanım rəssamlarının müasir və yeni baxışlarını nümayiş etdirməkdir.
Sərgi martın 11-dək davam edəcək.