- Mədəniyyət

Bakı Kitab evi MDB İcraiyyə Komitəsinin diplomuna layiq görülüb

“Moskva Kitab Evi”ndə “Müasir kitab yayımı. Rusiyanın və MDB ölkələrinin kitab ticarəti müəssisələrinin təcrübəsi” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, dəyirmi masa iştirakçıları hazırkı dövrdə kitab ticarətinin vəziyyəti ilə bağlı aktual məsələlər ətrafında müzakirələr aparıblar.

Tədbirdə Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva iştirak edib. Bakı Kitab Mərkəzi 2020-ci ildə beynəlxalq kitab mübadiləsinin və yerli kitab yayımının inkişafında gördüyü işlərə görə MDB İcraiyyə Komitəsinin diplomuna layiq görülüb.

Fəridə Abdullayeva