Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin şagirdi İskəndər Həsənzadə bu il Qazaxıstanın Aktobe şəhərində keçirilmiş “Baqytty Bala – 2021” Beynəlxalq Uşaq Vokal Müsabiqəsində uğurla çıxış edib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, İ.Həsənzadə müsabiqədə üçüncü yeri tutub.
“Bauytty Bala” Qazaxıstanda hər il keçirilən yeganə uşaq vokal müsabiqəsidir. Müsabiqəyə dünyanın hər yerindən uşaqlar dəvət olunur. 2021-ci ildə müsabiqəyə dünyanın 12 ölkəsindən müraciət daxil olub. Finala 20 gənc vokalçı vəsiqə qazanıb.