- Cəmiyyət

Bakı Metropoliteni: “28 May” stansiyası bağlanmır

““28 May” stansiyası bağlanır” ifadəsi yanlışdır.

APA-Economics” xəbər verir ki, bunu MEDİA-nın təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda II Forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı panel sessiyada Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, bu gün “28 May” stansiyası bağlanır” ifadəsinə çox rast gəlinir, lakin bu, belə deyil.

““28 May” stansiyası bağlanmır”, – Metropoliten rəsmisi əlavə edib.

Bəxtiyar Məmmədov vurğulayıb ki, metroda tunel tikintisi ilə bağlı AYNA ilə birlikdə komanda işi ortaya qoyacaqlar.