- Mədəniyyət

Bakı Uşaq və Gənclər Teatrı yeni dərs ilinə hazırlaşan bir qrup şəhid övladları üçün tədbir keçirib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakı Uşaq və Gənclər Teatrı yeni dərs ilinə hazırlaşan bir qrup şəhid övladları üçün tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Bakı Uşaq və Gənclər Teatrının aktyorları – Əməkdar artist Xəzər Gəncəli, sehrbaz Tofiq əmi, Mehman Piriyev, Gülər Ləzgiyeva, Əfruz Əliyeva, Qurban Əhmədov, Sənan Fərzəliyev və Rəhimə Abdinovanın ifasında səhnəciklər və musiqi nömrələri təqdim olunub.

Tədbirin rejissoru İlhamə Əhmədovadır.