Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı Suraxanı, Binəqədi və Sabirabad rayonlarında şəhid övladları üçün şənlik keçirib.
İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilat sədri Vüqar Seyidov, Sabirabad rayon Gənclər İdman İdarəsinin rəisi Nadir Quliyev, rayon ictimaiyyət nümayəndələri, şəhid ailələri iştirak ediblər.
Yeni il bayramının ənənəvi personajları Şaxta baba və Qar qız şənliyə qatılaraq uşaqları təbrik edib.
Bundan başqa, Bakı Uşaq və Gənclər Teatrının “Qış nağılı” və “Ağıllı tülkü” tamaşaları şənliklərdə nümayiş olunub.