- Mədəniyyət

Bakı Uşaq və Gənclər Teatrı yanvar repertuarını açıqlayıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı 2022-ci ilin yanvar ayı üçün repertuar planını açıqlayıb.

AZƏRTAC sənət ocağının yanvar repertuarını təqdim edir.

8 yanvar – “Danışan Gəlincik”

15 yanvar – “Çay dəstgahı”

19 yanvar – “Cənnətə bilet”

22 yanvar – “Humayın yuxusu”

29 yanvar – “Sehrli tütək”

Qeyd edək ki, tamaşalar Qaraçuxur qəsəbəsi, K.İsmayılov küçəsi, 18 ünvanında yerləşən Qurban Abbasov adına Mədəniyyət Sarayının səhnəsində oynanılacaq.