- Cəmiyyət

Bakıda növbəti dəfə bal yarmarkası təşkil ediləcək

Bakıda növbəti dəfə Arıçılıq Məhsullarının Sərgi-Satış Yarmarkasının təşkil edilməsinə hazırlıq görülür.

“Report” xəbər verir ki, yarmarkanın təşkilatçısı ötən il olduğu kimi bu il də Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-dir.

Yarmarkanın sentyabr-oktyabr aylarında paytaxtın Nərimanov rayonunda, Fətəli xan Xoyskli küçəsi, 5 ünvanında keçirilməsi planlaşdırılır. Yarmarka 20 gün davam edəcək və burada 250 arıçı iştirak edəcək. Arıçılar piştaxta, oturacaq və ölçmə vasitələri, şəxsi gigiyenik vasitələr (tibbi maska, əlcək, antiseptik gel, bone) ilə təchiz olunacaq.