- Cəmiyyət, Manşet

Bakıda Qala divarına “Z” hərfi yazan şəxs saxlanılıb

İyunun 13-də Bakının Səbail rayonunda qəribə hadisə baş verib.

1news.az -ın Minval.az-a istinadla verdiyi xəbərə görə, hüquq-mühafizə orqanlarına “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğundakı Qala divarında Rusiyanın Ukraynadakı “xüsusi əməliyyatı”na dəstəyin rəmzi olan “Z” hərfinin çəkildiyi barədə məlumat daxil olub.

9-cu rayon polis şöbəsinin əməkdaşları qoruğun obyektinə zərər vuranın şəxsiyyətini müəyyən ediblər. Onun Aleksandr Saprıkin (1955-ci il təvəllüdlü) olduğu məlum olub.

Polis onu tapıb və barəsində inzibati tənbeh tətbiq etmək üçün polis bölməsinə aparıb.