Aprelin 8-də Bakı İdman Sarayında İkinci Uşaq Kitab Festivalının açılış mərasimi təşkil olunub.
Festivalın təşkilatçıları Mədəniyyət, Gənclər və İdman, Elm və Təhsil nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həmçinin “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyidir.
Festival çərçivəsində on minlərlə kitabın endirimli qiymətlərlə satışı, ustad dərsləri, məşhurların nağıl saatları, kukla teatrı, əyləncəli tamaşalar təşkil ediləcək, eyni zamanda iştirakçılar sevilən uşaq yazarları ilə görüşərək onların imzalı kitablarını əldə edə biləcəklər. (azertac)