- Mədəniyyət

Bakıda Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə həsr edilmiş rəsm sərgisi açılıb

Mədəniyyət Nazirliyi, “ASAN xidmət”, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Sənət Mərkəzinin və “ASAN Könüllülük Məktəbi”nin təşkilatçılığı ilə 27 sentyabr-Anım Gününə həsr olunmuş “Misilsiz cəsarət” adlı rəsm sərgisi açılıb.

Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, sərginin ekspozisiyasında Azərbaycan rəssamları və heykəltəraşlarının müxtəlif üslub və janrlarda Vətən müharibəsi qəhrəmanlarının xatirəsini əbədiləşdirdiyi 40-a yaxın əsəri yer alıb.

Sərgi Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçirilib.