- Mədəniyyət

Bakıda VIII Beynəlxalq “Musiqi və rəqs” konqresi təşkil edilib

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyi çərçivəsində VIII Beynəlxalq Bakı “Musiqi və rəqs” konqresi təşkil edilib.

BMA-dan bildirilib ki, konqres çərçivəsində rəsm sərgiləri, konfranslar və axşam konsertləri təşkil olunub.

Konqresin konsertində tələbələrlə yanaşı, Azərbaycanın görkəmli sənətkarları da iştirak ediblər. Onların sırasında AzTV-nin “Qaytağı” instrumental ansamblının bədii rəhbəri, Xalq artisti Ənvər Sadıqov da yer alıb.

Tədbirə Türkiyə, Braziliya, Argentina, İordaniya, Xorvatiya ölkələrinin səfir və nümayəndələri də qatılıb. (azertag)