- Mədəniyyət

Bakıda Xalq artisti Fikrət Verdiyevin yaradıcılıq gecəsi təşkil olunacaq

Sentyabrın 24-də Heydər Əliyev Sarayında görkəmli tarzən, Xalq artisti, “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcısı Fikrət Verdiyevin yaradıcılıq gecəsi təşkil olunacaq.

Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konserti Rəşad İbrahimovun rəhbərliyi ilə Xalq Çalğı Alətləri Ansamblı, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göy-göl” Dövlət Mahnı və Rəqs Ansamblı və Xalq artisti Ənvər Sadıxovun rəhbərliyi ilə “Qaytağı ansamblı müşayiət edəcəklər. Eyni zamanda, tanınmış incəsənət nümayəndələri öz ifaları ilə çıxış edəcəklər.