Yaponiyanın Azərbaycandakı səfirliyi bu gündoğan ölkə ilə maraqlanan hər kəsi mayın 15-də keçiriləcək “Yaponiya mədəniyyət festivalı 2022” tədbirinə dəvət edir.
AZƏRTAC xəbər verir ki, bu, “Yaponiya-Azərbaycan Dostluq İli 2022” çərçivəsində ilk böyük və bütün ictimaiyyət üçün açıq tədbir olacaq. Tədbir yalnız bir gün – “Landmark Baku” otelində keçiriləcək.
Tədbirdə Yaponiya ilə bağlı rəqslər, mahnı ifaları, kospley çıxışları, bu ölkənin mədəniyyət nümunələri ilə bağlı stendlər, əl işləri nümayişi olacaqdır.
Tədbir ödənişsizdir, Yaponiya mədəniyyəti ilə maraqlanan hər kəs iştirak edə bilər.