- Mədəniyyət

Balaca oxuculara yeni nağıl-animasiya təqdim edilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşları A.Hacıyeva, M.Məmmədova və daimi oxucusu Ş.Məmmədli “Nağıl saatı” rubrikasında balaca oxuculara yeni nağıl təqdim ediblər.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, “Nağıl saatı”nda balaca oxucular üçün “Axmaq” monqol xalq nağılı əsasında yeni animasiyalı təqdimat hazırlanıb.

Nağıl-animasiya ilə kitabxananın rəsmi sosial səhifələrində taniş ola bilərsiniz.