- Mədəniyyət

“Barbi” filmindən növbəti rekord nəticə

Rejissor Qreta Qerviqin ekranlaşdırdığı “Barbi” filmi rekord məbləğdə gəlir əldə edib.

AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, film nümayişə çıxmasının beşinci həftəsində 20 milyon dollardan çox gəlir əldə edən 10-cu film olub.

Qeyd edək ki, ilk onluğa daxil edilən ən yaxşı filmlərin arasında “Titanik” və “Avatar” da yer alır.