İspaniya La Liqasında XXXII turun görüşləri davam edir.
Apasport.az xəbər verir ki, günün ilk matçında “Rayo Valyekano” öz meydanında “Valensiya” ilə qarşılaşıb.
Gərgin keçən matçda qalib müəyyənləşməyib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Turun digər oyununda lider “Barselona” evdə “Selta” ilə qarşılaşıb. 7 qolun vurulduğu matçda sevinən tərəf kataloniyalılar olub – 4:3.
İspaniya La Liqası
XXXII tur
16:00. “Rayo Valyekano” – “Valensiya” – 1:1
18:15. “Barselona” – “Selta” – 4:3