“Espanyol” və “Barselona” arasında Kataloniya derbisi İspaniya La Liqasının XXIV turuna təsadüf edib.
“Report”un məlumatına görə, “Kornelya El Prat” stadionunda keçirilmiş görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı 2-ci dəqiqədə qonaq komandadan Pedri açıb. 40-cı dəqiqədə Serxi Darder bərabərlik qolunu vurub. 60-cı dəqiqədə Raul de Tomas meydan sahiblərini hesabda önə çıxarıb.
90+2-ci dəqiqədə Niko Melamed və Jerar Pike bir-biriləri ilə münaqişəyə girdikləri üçün qırmızı vərəqə alaraq meydandan qovulublar.
Qonaqlar məğlubiyyətdən 90+6-cı dəqiqədə Lük de Yonqun qolu ilə xilas olub.
Bununla da 23 oyundan 39 xal yığan “Barselona” 4-cü, 24 matçdan 28 xala malik “Espanyol” isə 13-cü pillədə yer alıb.