- Cəmiyyət

“Barselona” La Liqada liderliyini möhkəmləndirib

İspaniya La Liqasının XXXV turunda “El-Klasiko” baş tutub.

“Report”un məlumatına görə, “Barselona” “Real”ı qəbul edib.

Qarşılaşma Kataloniya təmsilçisinin qələbəsi ilə bitib – 4:3. Meydan sahiblərinin heyətində 19-cu dəqiqədə Erik Qarsiya, 32-ci dəqiqədə Lamin Yamal, 34 və 45-ci dəqiqələrdə Rafinya fərqlənib.

Qonaqlarda Kilian Mbappe 5-p., 14 və 70-ci dəqiqələrdə adını tabloya yazdırıb.

Sona üç tur qalmış xallarının sayını 82-yə çatdıran “Barselona” liderliyini möhkəmləndirib. Madrid klubu 75 xalla ikinci sıradadır.