- Cəmiyyət

“Barselona” “Valensiya”nı məğlub edib

“Barselona” futbol üzrə İspaniya çempionatının XVII turu çərçivəsində səfərdə “Valensiya”nı 1:0 hesabı ilə məğlub edib.

“Report”un məlumatına görə, yeganə qolu hücumçu Robert Levandovski vurub.

Görüşün 50-ci dəqiqəsində “Valensiya”nın yarımmüdafiəçisi Samuel Linonun qolu VAR-ın köməyi ilə ləğv edilib.

Qeyd edək ki, “Barselona” 31 xal toplayaraq İspaniya çempionatının turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “Valensiya” 15 xalla 10-cu pillədə qərarlaşıb. Növbəti mərhələdə “Barselona” noyabrın 5-də “Almeriya”nı qəbul edəcək. “Valensiya” bir gün sonra səfərdə “Real Sosyedad”la qarşılaşacaq.