İspaniya təmsilçisi “Barselona” rəsmi “YouTube” kanalında 20 milyondan çox abunəçisi olan ilk klub kimi tarixə düşüb.
“Report” xəbər verir ki, bu barədə kataloniyalıların mətbuat xidməti məlumat yayıb.
“Barselona”nın 2006-cı ildən fəaliyyət göstərən “YouTube” kanalında hazırda 20.1 milyon izləyici var.
Qeyd edək ki, “Barsa”nın əzəli rəqibi “Real” (Madrid) 16,3 milyon izləyici toplaya bilib.