Uşağa adqoyma başqırd ailəsində ən vacib mərasimlərdən biridir. Bizdə olduğu kimi, 40 günlük olana qədər yeni uşaq olan ailədə hər hansı bir hadisəni qeyd etmək (bayramsayağı) qadağandır. Bundan əlavə, bu dövrdə sobanı söndürmək, gecə-gündüz körpəni tək qoymaq olmaz və o, yad adamlara göstərilməməlidir.
Gənc ana uşağı dünyaya gətirdikdən sonra qoca qadınlar – qonşular onun yanına gəlib yemək-içmək gətirirdilər.
Uşağa ad qoyulmasında bioloji ana deyil, nənə xüsusi rol oynayır. Nənə körpəyə unikal bir hədiyyə verməlidir – öz əlləri ilə parça artıqlarından / qırıntılardan bir köynək tikməlidir. İnanca görə, köynək uşağı zədələrdən və müxtəlif xəstəliklərdən qorumalıdır. Köynək həm də onunla diqqəti çəkir ki, körpədən sonra onu ev iti, sonra isə yenidən körpə geyinməli idi. Beləliklə, uşaq geyim vasitəsilə güc qazanmalı və müxtəlif xəstəliklərə müqavimətli olmalıdır.
İt köynəyindən əlavə, uşağa ad verilərkən iştirak edən bütün qonaqlara güc, sağlamlıq və uzun ömür diləyi ilə ağ saplar verilir.
Başqırdlar inanırlar ki, ad insanın taleyini müəyyənləşdirir. Buna görə də körpəyə ad qoymaq ritualına çox əhəmiyyət verilir. Valideynlər övladına gələcəkdə onun zənginliyini, firavanlığını və xoşbəxtliyini təmin edəcək ad qoymağa çalışırlar.
Uşağa ad qoymaq mərasimi başqırd adət-ənənələrinə uyğun olaraq belə baş verir: körpəni mollanın yanında yumşaq çarpayıya qoyurlar, o, körpənin valideynlərinin seçdiyi adı körpənin qulağına pıçıldayır. Daha sonra körpənin ailəsinə və dəvət olunan bütün qonaqlara hədiyyələr təqdim olunur. Mərasim ziyafətlə başa çatır.
Başqırd adları
Başqırd şəxs adları mənşəyinə görə növlərə bölünür:
Qədim türk mənşəli adlar
Qədim türk mənşəli adların bəziləri heyvanlarla bağlıdır: Bure (qurd), Arıslan (aslan), Tölkö (tülkü).
Rənglərlə bağlı adlar var: Ak (ağ), Kara (qara).
Bəzi adlar uşağın xüsusiyyətləri ilə əlaqələndirilir: Baҙık (güclü), Sibek (zəif), Sulaq (qolsuz), Karabaş (qara başlı), Eranbaş (kürən başlı).
Vaxtla bağlı adlar: Kön (Gün), Köntimer, Könbikä, Tängätar;
Bitki adları ilə bağlı adlar: Əməş (meyvə), Əməşbikə, Almabikə, Seyəbikə, Muyılbikə;
Çay adları ilə bağlı adlar: Yayık, Nöqöş, İgel, İrəndek, Nil, Tulkın, Ural.
Ərəb və fars mənşəli adlar
Ərəb adları Başqırdıstanda islamın rəsmi qəbulundan sonra başqırd dilinə daxil olub, xüsusilə 17-18-ci əsrlərdə: Ehkəm, Bari, Bürhan, Bәkirә Zamirə və s.
İslamla əlaqəli bəzi adların birinci elementi olaraq “İslam” komponenti var: İslamğəli, İslambək, İslamğol, İslametdin. Bəzi adlarda isə bu söz ikinci tərkib hissəsi kimi işlənir: Əhliislam, Nurislam, Şeyxislam, Dinislam və s.
Bundan başqa, Məhəmməd, raşidi xəlifələrin adları, Allahın epitetləri – Rəhim, Rəhman, peyğəmbərimizin ailəsindən qadın adları da yayılıb: Əminə, Xədicə, Aişə, Hafsa, Zeynəb, Ümhəbibə, Safiyə, Məymuna və s.
Bəzi başqırd adlarında “din” komponenti var: Dinəxmet, Dinbəy, Dindar və s. Mürəkkəb adların ikinci komponenti kimi “din” komponenti daha çox yayılmışdır: Ağlamatdin, Əkrəməddin, Əfzələddin, Kamaletdin, Gütbetdin , Minhacetdin, Salahetdin və s.
Alman mənşəli başqırd adları bunlardır: Adelina, Alisa, Klara;
Yunan adları: Arsen, İrina, Lenora, Marqarita.
Sovet adları
Sovetlərin ilk illərində başqırd adları arasında sosial həyatın yeni tərəflərini əks etdirən az sayda adlar meydana çıxdı: Darvin, Marks, Engels, Razin, Telman, Frunze, Ernuvel (fransızca yeni era), Aida, Dezdemona, Kommuna, Lirika, Start, Madrid, Moryak, Yupiter, Fidel, Himn, Verso (Verxovnıy sovet).
Başqırd dilində ata adları ada uli (oğlu) və ҡыҙы (qızı) komponentlərinin əlavə edilməsi ilə əmələ gəlir.
İnternet mənbələri əsasında hazırladı Kim BİLİR