Almaniya Bundesliqasında 2020/21 mövsümünün qalibi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, “Bavariya” tarixində 31-ci, ardıcıl isə 9-cu dəfə çempion tituluna yiyələnib.
Münhen təmsilçisi bu uğura XXXII turda nail olub. Hans Diter Flikin yetirmələri meydana çıxmadan qızıl medalları təmin edib.
Liderin ən yaxın izləyicisi “Leypsiq” Dortmund səfərindən xalsız dönüb. Qonaqlar oyunun gedişində iki top fərqini aradan qaldırsa da, sonda “Borussiya”ya uduzublar – 2:3. Bu, “Bavariya”nı Leypsiqin eyniadlı təmsilçisi üçün əlçatmaz edib.
Münhenlilər 31 oyundan sonra 71 xala malikdir. “Bavariya” cəmi iki oyunu qalan “Leypsiq”i 7 xal qabaqlayır.
Qeyd edək ki, “Bavariya” bu gün keçiriləcək matçda Mönhenqladbax “Borussiya”sını qəbul edəcək.