- Cəmiyyət

“Bavariya” Almaniya Kubokunu darmadağınla tərk edib

Almaniya Kubokunun 1/16 finalında Mönxenqladbax “Borussiya”sı və “Bavariya” arasındakı oyun sensasiya ilə yekunlaşıb.

“Report”un məlumatına görə, “Borussiya Park” stadionunda təşkil olunmuş qarşılaşmada meydan sahibləri 5:0 hesablı qələbə qazanıb.

Qolları Kuadio Kone 2-ci, Rami Bensebaini 15-ci və penaltidən 21-ci, Bril Embolo 51-ci və 57-ci dəqiqələrdə vurub.

Beləliklə, “Bavariya” ardıcıl ikinci mövsüm Almaniya Kuboku ilə ikinci raundda vidalaşıb. Ötən mövsüm “Holştayn Kil” komandası Münhen təmsilçisini penaltilər seriyasında üstələmişdi – 2:2 (penaltilərlə 6:5).