ABŞ Prezidenti Cozef Bayden Çin Sədri Si Szinpinlə görüşü zamanı dialoqu bərpa etmək, “yoxlama və balans” yaratmaq istəyir.
“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” Ağ Evin nümayəndəsinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Amerika lideri ABŞ və Çin arasında “rəqabətin münaqişəyə çevrilməməsini” təmin edəcək zəmanətlərin yaradılması yolu ilə əlaqələri gücləndirmək istəyir.
Görüş bu gün Bakı vaxtilə saat 13:20-də olacaq.
Bir gün əvvəl məlum olub ki, ABŞ Prezidenti G20 sammitində Çin lideri ilə görüşdən sonra Balidə mətbuat konfransı keçirəcək.