Bayden administrasiyası Konqresdən Ukraynaya yardım və COVID-19-la mübarizə məqsədi ilə 32,5 milyard dollar ayrılmasının təsdiqləməsini istəyib.
APA-nın xəbərinə görə, bu barədə “Washington Post” məlumat yayıb.
Bildirilib ki, Bayden administrasiyası həmin vəsaitin 10 milyard dollarının Ukraynada yaranmış humanitar böhranın aradan qaldırılmasına ayırmaq niyyətindədir.
Eyni zamanda, yardımın Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldiləcəyi bildirilib.