İsrailin Baş naziri Binyamin Netanyahunun öz ölkəsini müdafiə etmək haqqı var, lakin o, Qəzza zolağında insanların ölümünə yol verməmək üçün daha çox çalışmalıdır.
“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden MSNBC-yə müsahibəsində deyib.
“Onun İsraili müdafiə etmək haqqı, HƏMAS-ı təqib etmək haqqı var, ancaq o, görülən tədbirlər nəticəsində həlak olmuş məsum insanların ölümünə daha çox diqqət yetirməlidir. Fikrimcə, o, dünyanın qalan hissəsinin İsrailin müdafiə etdiyi şeylərə qarşı çıxmasına səbəb olmaqla İsrailə kömək etməkdən daha çox zərər verir. Düşünürəm ki, bu, böyük bir səhvdir”, – Amerika lideri vurğulayıb.