- Cəmiyyət

Bayden və Si Cinpin G20 sammiti çərçivəsində görüşəcək

ABŞ Prezidenti Cozef Bayden noyabrın 14-də İndoneziyada “Böyük İyirmiliy”in (G20) sammiti çərçivəsində çinli həmkarı Si Cinpinlə görüşəcək.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi bildirib.

Bayden Çinlə Ukrayna və KXDR ətrafında vəziyyəti, kütləvi qırğın silahlarının yayılmaması səylərini müzakirə etmək niyyətindədir.