Kamala Harris Trampı 44-ün 42-yə faiz səslə qabaqlayır. Bununla belə, fərq üç faiz bəndinin statistik xəta marjası çərçivəsindədir.
Bu, Trampın rəsmən prezidentliyə namizəd kimi irəli sürüldüyü ABŞ Respublikaçıların Milli Konvensiyasından və Baydenin prezidentlik yarışından çəkildiyini elan edib Harrisi dəstəklədikdən sonra iyulun 22-23-də keçirilən sorğunun nəticələridir.
İyulun 15-16-da keçirilmiş əvvəlki “Reuters/Ipsos” sorğusunda Harris və Trampın hər biri 44% dəstəyə malik idi və ayın əvvəlində respublikaçı Amerika vitse-prezidentini bir faiz bəndi qabaqlamışdı.
Üstəlik, son sorğuda ABŞ-də qeydiyyatdan keçmiş seçicilərin 56 %-i 59 yaşlı Harrisin “kəskin zehni və çətinliklərin öhdəsindən gəlmək bacarığı” olduğunu deyib. Bunu 78 yaşlı Tramp haqqında yalnız 49 %, 81 yaşlı Bayden haqqında isə yalnız 22 % deyib.