- Cəmiyyət, Manşet

Belə fürsət bir də ələ düşməz…

“Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə test hazırlayıb. Bütün suallara düzgün cavab tapanları kitab hədiyyəsi gözləyir. Qonşunun toyuğuna daş atanlar, ördəyinə kəsək atanlar, qazına tulamazda atanlar, Mona Lizaya həqarət edənlər yarışda iştirak edə bilməzlər. Düzgün cavab yazan ilk 10 nəfər kitab əldə edəcək. 11-ci şəxslə bazarlıq mümkündür. Belə fürsət bir də ələ düşməz…

1.Gün qalxıbdır günortanın yerinə
…. xanım qalxdı atın belinə.
Hörməti var onun ana dilinə
Qoy ona desinlər ay qoçaq …

Bənddən bəlli olur ki, nöqtənin yerinə adı qoyulacaq adam müsahibləri ilə atüstü söhbət edir. Həmin qoçağı tapın.

a)Sima xanım
b)Fizzə xanım
c)Gülyaz xanım
d)Pərvanə xanım

2.“Məsləhətli don gen olar” ifadəsi haqqında verilənlərdən hansı düzgündür?

a) dərzilərin deyimidir
b) atalar sözüdür, FADMM üzvlərindən biri ana dili mövzusunda yazdığı mətndə başlıq kimi işlədib.
c) yanıltmacdır
d) heç biri

3.“Çox təəssüf ki, … səviyyəsində belə xırda məsələlər müzakirə olunur. Söz birləşməsi ilə mürəkkəb sözlərin hallandırılmasını fərqləndirə bilmirlər. “Koroğluna” yox, “Koroğluya” deyilir. Söz hallanan zaman “y” bitişdirici samiti qəbul edilir deyənlər haqlıdır. “N” bitişdirici samiti yalnız söz birləşmələrində artırılır. “Xankəndi” mürəkkəb sözdür, digər mürəkkəb sözlər kimi “y” bitişdiricisi qəbul edir. Diqqət yetirsək, prezident.az saytı da “Xankəndiyə” olaraq qeyd edir”.

Nöqtələrin yerinə hansı institutun adı yazılmalıdır və fikirlərin müəllifi kimdir?

a) Ədəbiyyat İnstitutu, Gülyaz Əliyeva
b)Xarici Dillər İnstitutu, Fizzə Heydərova
c)Dilçilik İnstitutu, Vasif Sadıqlı
d)Dərslik mətnindən götürülüb

4.Dosent, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi Aybəniz Rəhimova mətninə niyə “Ana dilimin pərvanələri” adı verib?

a)FADMM-ın üzvlərinin hamısının adının Pərvanə olduğunu zənn etdiyindən
b)Kəpənəyə marağı olduğundan
c)Yazının diqqətçəkici olması üçün/
d)FADMM-in təsisçisinin və əqidədaşlarının heç bir təmənna güdmədən ana dilinin qorunması uğrunda çalışdıqlarını dəyərləndirdiyindən

5.Keçən il Mərkəzimizə “Bir yaşlı dil mərkəzi – FADMM” deyən Aynurə Əliyeva nə üçün bu il həmin ifadəni işlədə bilməyəcək?

Burda variant göstərilmir. Hər kəs öz variantını qeyd etsin.

Tərtib etdi Pərvanə BAYRAMQIZI