Belarusun müdafiə naziri general-leytenant Viktor Xrenin İrana səfər edib.
Modern.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.
O, Tehranda İranın hərbi-siyasi rəhbərliyi ilə danışıqlar aparacaq.
Danışıqlar zamanı Belarus – İran ikitərəfli hərbi əməkdaşlığının aktual məsələləri müzakirə olunacaq.