Belçikanın tarixi Brügge şəhərində yerləşən, Avropa İttifaqının nüfuzlu təhsil müəssisəsi olan Avropa Kollecində 17-21 yanvar tarixlərində Azərbaycan milli günləri keçirilib.
AZƏRTAC xəbər verir ki, milli günlər çərçivəsində rəssam Əsmər Nərimanbəyovanın və fotoqraf Maya Bağırovanın sərgiləri təşkil edilib, milli mətbəx təqdimatı və müxtəlif ölkələrdən olan kollecin tələbələri arasında Azərbaycanla bağlı müsabiqə keçirilib, qaliblərə suvenirlər təqdim olunub.
Tədbir Avropa Kollecində təhsil alan tələbələrimiz Xədicə Hüseynova, Əli-Əşrəf Rəcəbli, Samir Səlimzadə və Nuranə Əhmədovanın təşəbbüsü, Azərbaycanın Belçikadakı və Fransadakı səfirliklərinin dəstəyi ilə baş tutub.
Tələbələr səfirliklərimizə dəstəyə görə təşəkkürlərini bildiriblər.