- Mədəniyyət

“Belfast” filmi beynəlxalq müsabiqənin qalibi olub

Britaniya istehsalı olan “Belfast” filmi Beynəlxalq Toronto Film Festivalında Qran-pri mükafatına layıq görülüb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə festivalın təşkilatçıları xəbər verib.

Britaniyalı rejissor Kennet Brananın çəkdiyi ekran əsəri bir oğlanın uşaqlığından bəhs edir. Torontoda nümayiş olunan filmin premyerası geniş auditoriya noyabrın 18-də təqdim olunacaq.

Qeyd edək ki, sentyabrın 9-dan 18-dək keçirilən festivalda tamaşaçılara 135 film təqdim olunub.