Hər gün minlərlə Ukrayna qaçqının gəldiyi Berlin dəmiryol vağzalında 33 və 41 yaşlı iki kişi polisi təhqir edərək ukraynalıları təxribata çəkməyə çalışıb.
Bu barədə “The National” xəbər verir.
Kişilərin rus əsilli olduğu qeyd edilir. Onlardan birinin gödəkçəsinə Rusiya bayrağının rənglərində qələbə işarəsi olub. Onlardan biri həbs edilib, o, Bavariyada həbsdədir, digəri isə sərbəst buraxılıb.
Polis cinayət işi açıb.