Azərbaycan Dövlət Akademik Musiqili Teatrında maraqlı tamaşalardan sayılan “Beş manatlıq gəlin” (S.Rüstəmov, M.S.Ordubadi) retro komediyası aprelin 24-də nümayiş etdiriləcək.
AZƏRTAC xəbər verir ki, qocaman teatrın bu tamaşasına Əməkdar incəsənət xadimi, rejissor Əsgər Əsgərov quruluş verib.
Orkestr, xor və balet artistlərinin də iştirak etdiyi duzlu-məzəli tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Tamilla Aslanovadır.