Böyük Britaniyada Bella-Cey Dark adlı 5 yaşlı qız “İtmiş pişik” kitabını nəşr edərək dünyanın ən gənc yazıçısı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Britaniyanın “Deyli Meyl” nəşri məlumat yayıb.
Məlumata görə, Dark keçən il kitab yazmaq arzusunu ailəsinə çatdırıb. Ana və atası əvvəlcə buna önəm verməyiblər. Lakin Bella-Cey Dark kitabını bir il ərzində tamamlayıb. “İtmiş pişik” hekayəsi macəraya çıxan və çox keçmədən önəmli bir dərs alan pişik haqqındadır.