- Mədəniyyət

Beynəlxalq Muğam Mərkəzində bədii proqram təqdim olunub

Nazirlər Kabineti yanında Operativ Qərargahın teatr və konsert salonlarının fəaliyyətinə icazə verilməsi ilə bağlı qərardan sonra Beynəlxalq Muğam Mərkəzində ilk tədbir reallaşıb.

“Mir Həmzə Nigari Qarabaği” simpoziumu çərçivəsində təqdim edilən bədii proqramda əvvəlcə tanıtım filmi nümayiş olunub. Daha sonra Xalq artisti Mənsum İbrahimov, Mircavad Cəfərov, Əməkdar artistlər Təyyar Bayramov, İlkin Niftəliyev, gənc xanəndə Kənan Bayramovun ifaları təqdim olunub. Gecədə həmçinin Mir Həmzə Nigari Qarabağinin qəzəlləri səsləndirilib.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi tamaşaçıları Operativ Qərargahın qərarına əsasən zalın ümumi tutumunun 50 faizindən çox olmamaq şərti ilə qəbul edir. Mərkəzin “Unudulmayanlar”, “Qəzəllər”, “Aşıq musiqisi axşamları”, “Muğam axşamları” və digər konsertləri oktyabrın ikinci yarısından etibarən davam etdiriləcək. Tamaşaçılar konsert və digər tədbirlərin keçirilmə vaxtı ilə mərkəzin sosial şəbəkələri vasitəsilə məlumatlandırılacaq.