- Mədəniyyət

Beynəlxalq festivalda ermənilərin “kino təxribatı”nın qarşısı alınıb

Ermənistan beynəlxalq kinofestivalda təxribata əl atıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Belarusda keçirilən “Avrasiya.DOV-2021” festivalında Armen Xaçatryanın çəkdiyi “Bitməmiş xatirələr” filmi nümayiş etdirilməli idi.

Çəkilişləri Qarabağda aparılan filmdə Ermənistan ordusunda xidmət edən qadınlardan bəhs olunurdu. Azərbaycan tərəfinin rəsmi etirazından sonra film proqramdan çıxarılıb.