Rusiyanın paytaxtı Moskvada keçirilməli olan Karate1 Premyer Liqa turnirinin yeri dəyişdiriləcək.
“Report” Dünya Karate Federasiyasının (WKF) rəsmi saytına istinadən xəbər verir ki, qurumun İcraiyyə Bürosu bununla bağlı yekdilliklə qərar çıxarıb.
WKF Premyer Liqa yarışlarının sayını saxlamaq istədiyi üçün yeni məkan axtarışlarına start verib.
Qeyd edək ki, Moskvadakı turnir 7 – 9 oktyabrda keçirilməli idi.