- Mədəniyyət

Beynəlxalq Muğam Mərkəzində konsert – “Musiqili səyahət”

Beynəlxalq Muğam Mərkəzində “Musiqili səyahət” (“Musical journey”) adlı konsert proqramı təqdim edilib.

AZƏRTAC xəbər verir ki, klassik musiqi gecəsində pianoçu və bəstəkarlar Ülviyyə Kazımova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Zərif Kərimova, fleyta ifaçısı Nərgiz Əliyeva və violin ifaçısı Renata Abubəkirova səhnədə solo, duet, eyni zamanda triolar ifa ediblər.

Tamaşaçılara İ.Bax, D.Skarlattinin əsərləri ilə yanaşı, müasir bəstəkarlardan Fazil Say, Ceyhun Allahverdiyevin əsərləri də təqdim olunub. Proqrama həmçinin Zərif Kərimova və Ülviyyə Kazımovanın əsərləri daxil edilib.