- Mədəniyyət

Beynəlxalq Muğam Mərkəzində Müstəqillik Gününə həsr olunmuş konsert proqramı keçirilib

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş konsert proqramı keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, konsertdən əvvəl Ümummilli Lider Heydər Əliyev və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bədii rəhbər və baş dirijor, Prezident mükafatçısı Mustafa Aşurovun idarəçiliyi ilə keçən konsert proqramı Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Üvertura”nın səslənməsi ilə başlayıb.

Konsertdə Əməkdar artist Bəyimxanım Vəliyeva, Cahangir Cahangirov adına Xor (Bədii rəhbər Əməkdar müəllim, Prezident mükafatçısı Təranə Yusifova), “Tərəqqi” medalı laureatı Fəxri Kazım Nicat, “Muğam” Televiziya Müsabiqəsinin qalibləri Nisbət Sədrayeva, Könül Xəlilzadə, Vüsal Qasımov, Rəvan Qaçayev, Zeynəb Nəcəfli, respublika və beynəlxalq müsabiqələr laureatı Aydan Quliyeva, Ayşən Eminli, nəfəsli alətlərdə Fərman Talıbov, Şaiq Əsədov çıxış ediblər.

Proqramda Süleyman Ələsgərov, Niyazi, Fikrət Əmirov, Vasif Adıgözəlov, Səid Rüstəmov, Emin Sabitoğlu, Xan Şuşinski və Oqtay Kazıminin mahnılarına müraciət olunub.